Sergey Brin | |
---|---|
rus. Серге́й Миха́йлович Брин | |
Doğum tarixi | 21 avqust 1973[1][2][…] (51 yaş) |
Doğum yeri | |
Uşaqları | 3[3] |
Təhsili |
|
Fəaliyyəti | informatik, ixtiraçı, icraçı direktor |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Mixayloviç Brin (rus. Сергей Михайлович Брин; 21 avqust 1973[1][2][…], Moskva, SSRİ) — amerikalı iş adamı. Larri Peyc ilə birlikdə Google-u yaratması ilə məşhurdur. Brin 2019-cu il dekabrın 3-də vəzifəsini tərk edənə qədər Google-un ana şirkəti Alphabet-in prezidenti olub.[4] O və Peyc Alphabet-də həmtəsisçi, nəzarətçi səhmdar və idarə heyətinin üzvü olaraq qalırlar. 2023-cü ilin noyabrına olan məlumata görə, Brin Bloomberg Milyarderlər İndeksində 111 milyard dollar təxmin edilən xalis sərvəti ilə dünyanın 10-cu ən varlı adamıdır.[5]
Brin altı yaşında SSRİ-dən ABŞ-ə köçüb. O, riyaziyyatla yanaşı, kompüter elmləri də oxuyaraq atasının və babasının yolunu davam etdirib, Merilend Universitetində bakalavr dərəcəsini qazanıb. Bitirdikdən sonra kompüter elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün Stenford Universitetinə daxil olub. Burada birlikdə veb axtarış sistemi qurduğu Peyc ilə tanış olub. Proqram Stenfordda populyarlaşdı və onlar Susan Voycickinin Menlo-Parkda yerləşən qarajında Google-u yaratmaq üçün doktorantura təhsillərini dayandırdılar.[6]